az ru en 
 
<< Əvvəlki Səhifə
Təmir Texnoloji avadanlıqlar və Texniki işlər üzrə Mütəxəssislər (Vəzifə borcu və Kvalifikasiya tələbləri)

1). TEXNOLOJİ AVADANLIQLAR üzrə DİREKTOR MÜAVİNİ.

Vəzifə: Texnoloji avadanlıqlar üzrə direktor müavini

Vəzifə borcu:

• İstehsalatın texniki səviyyəsinin yüksəldilməsinə, əməyin məhsuldarlığının artırılmasına, ağır əl əməyi xərclərinin azadılmasına, məhsulun maya dəyərinin azaldılmasına, keyfiyyətinin yaxşılaşdırılmasına və buraxılışının artırılmasına, əverişli və təhlükəsiz əmək şəraitinin təmin edilməsinə imkan yaradan istehsalat proseslərinin kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrinin işlənib hazırlanması və tətbiqini təşkil edir.
• İstehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması perspektiv və illik planlarının və istehsalın səmərəliliyinin artırılması planlarının tərtib edilməsinə, müəssisənin rekonstruksiyası və təchizat vasitələrinin texniki cəhətdən tamamilə yeniləşdirilməsi üzrə təkliflərin işlənib hazırlanmasına rəhbərlik edir.
• Mexanikləşdirilməli və avtomatlaşdırılmalı olan sahələr, işlər və əməliyyatların aşkar edilməsi məqsədilə isehsal proseslərinin öyrənilməsini, patent tədqiqatlarının aparılmasını təmin edir.
• Tədqiqat, layihə və təcrübə-konstruktor işlərinin aparılması üçün ixtisaslaşdırılmış təşkilatlarla müəyyən olunmuş qaydada vaxtında rəsmiləşdirmə və müqavilələrin bağlanmasına, kompleks mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin hazırlanmasına nəzarəti həyata keçirir.
• Müəssisənin sifarişləri üzrə işlənib hazırlanmış eskiz və texniki layihələrin və iş çertyoclarının nəzərdən keçirilməsində işirak edir.
• İstifadə zamanı montac, sınaqdan keçmə, sazlanma və qəbul üzrə işi təşkil edir, onların vaxtında təmir edilməsini təşkil edir.
• Mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin layihələşdirilməsi ilə bağlı texniki sənədlərin nəzərdən keçirilməsində işirak edir.
• İstehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrinin layihələşdirilməsi və qurulması prosesində səmərələşdirmə və ixtiaçılığın inkişafına,
əməyin qabaqcıl üsul və metodlarının yayılmasına yardım edir, bu sahədə yeni nailiyyətlərin təbliğatını aparır.

Bilməlidir:
• Yuxarı orqanların qərarları, sərəncamları, əmrləri.
• İstehsalın mexanikləşdirilməsi və avtomatlaşdırılması məsələləri üzrə metodiki, normativ və digər rəhbər mateiallar.
• Müəssisənin profili, ixtisaslaşması və struktur xüsusiyyətlərini.
• Mexanikləşdirmə və avtomatlaşdırma vasitələrinin konstruktiv xüsusiyyətlərini və təyinatını, onların istismar qaydalarını.
• İşlənib hazırlanan konstruksiyalara qarşı irəli sürülən əsas tələblər
• Konstruktor işlərinin layihələşdirilməsi metodlarını, təşkili və planlaşdırılmasını.
• Patent tədqiqatlarının aparılması qayda və metodlarını.
• Texniki sənədlərin işlənib hazırlanması və sənədləşdirilməsi qaydasını.
• Layihələşdirmə və qurulma zamanı əməyin elmi təşkili əsas tələblərini.
• Kənar təşkilatlarla müqavilələrin bağlanması qaydasını.
• Texniki estetika və bədii qurulmanın əsasları
• Əmək qanunvericiliyinin əsasları
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsal sanitariyası və yanğından mühafizə qayda və normalarını.

Kvalifikasiya tələbləri:
• Ali texniki təhsili;
• 3 ildən az olmayaraq iş stacı;
• Texnika təhlükəsizliyi və yanğın söndürmə qaydalarını bilməlidir.
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

2). TƏMİR SEXİNİN RƏİSİ.

Vəzifə: Təmir sexinin Rəisi

Sahə: təmir sexi

Vəzifə borcu:

• Müəssisənin avadanlığının, binaları və qurğularının təmiri və texniki xidməti üzrə sexin istehsal - təsərrüfat fəaliyyətinə rəhbərliyi həyata keçirir.
• Avadanlığın istifadəsinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərin işənib hazırlanması və qəbul edilməsi üzrə avadanlığın vaxtında sazlanması və təmirini təmin edən kompleks qaydaya salınmış xidmət sisteminin tətbiqi üzrə işlərə başçılıq edir.
• Plan tapşırıqları və təmir qrafiklərinin işlənib hazırlanması və icraçılara (sahə rəislərinə, ustalara) çatdırımasını, təmir işlərinin aparılmasına nəzarəti, istifadə etmə, onlara texniki xidmətin göstərilməsi və nəzarət qaydalarına riyaət edilməsinə nəzarəti təşkil edir.
• Standartlar, texniki şərtlər və avadanlığın istismarı, təmiri və profilaktik xidməti üzrə digər normativ materialların işlənib hazırlanması və tətbiq ilə bağlı işi təşkil edir.
Bilməlidir:
• Avadanlığa texniki xidmət göstərilməsi və onun təmiri üzrə metodiki, normativ və digər rəhbər materialları;
• Plan- ehtiyat təmiri və texnoloci avadanlığın səmərəli istifadəsi vahid sistemini;
• Müəssisədə təmir işləri və texniki avadanlığın təşkilini;
• Müəssisə və sexin avadanlığının texniki, konstruktiv xüsusiyyətləri və istifadəsi barədə məlumatlar;
• Təmir işlərinin planlaşdırılması qaydası və metodları;
• Təmirlər sistemi və təmir işlərinin texnologiyasını;
• Avadanlığa texniki xidmət göstərilməsi, onun təmiri, montacı və sınaqdan keçirilməsi üzrə standartlar, texniki şərtlər və təlimatlar.

Kvalifikasiya tələbləri:
• Müvafiq sahədə ali təhsil
• 5 ildən az olmayaraq iş stajı
• Texnika təhlükəsizliyi və yanğın söndürmə qaydalarını bilməlidir.
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

3). RƏNGSAZ.

Vəzifə: Rəngsaz

Sahə: təmitr sexi

Vəzifə borcu:

• Səthlərin rənglənməsi, laklanması və cilalanması üzrə xüsusi mürəkkəb işlərin yerinə yetirilməsi.
• Səthlərin yüksək keyfiyyətli rənglənməsi və bir neçə tonda bəzədilməsi ilə bağlı mürəkkəb rəncsaz işlərinin yerinə yetirilməsi.
• Rənglənmiş səthlərin yanyonuşu və yastı fırça ilə hamarlanması.
• Mürəkkəb çalarların müstəqil tərtib edilməsi. Səthlərin lak və hamarlama ilə cilalanması.
• Rəngsaz işləri istehsalında tətbiq edilən mexanizmlərin sazlanması.

Bilməlidir:
• Bütün sistem rəng püskürdücü avadanlığının sazlanma mexanizmi və üsulları.
• Yüksək keyfiyyətli bəzəklə mürəkkəb rəngsaz işlərinin yerinə yetiriməsi üsulları;
• Səthləin nişanlanması və düzəldilməsi qaydaları;
• Rəngləmə və laklamanın texniki şərtləri və keyfiyyət tələbləri

Kvalifikasiya tələbləri:
• Orta təhsili;
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

4). ÇİLİNGƏR-TƏMİRÇİ.

Vəzifə: Çilingər – Təmirçi

Sahə: təmir sexi

Vəzifə borcu:

• Xüsusi mürəkkəb və iri qabaritli avadanlığın və mürəkkəb aqreqatlara malik bütün emal növləri üçün avtomat xətlərinin əsaslı və orta təmiri.
• Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi.
• Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması.
• Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi.

Bilməlidir:
• Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini və kinematik sxemlərini, təmir, quraşdırma və montac metodlarını, təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanmasını.
• Detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınmsı üzrə profilaktik tədbirləri, xüsusi mürəkkəb, iri qabaritli, unikal və ən dəqiq avadanlığın təmiri, təcrübədən keçməsi və təhvil verilməsinin texniki şərtlərini.
Kvalifikasiya tələbləri:
• Orta təhsili;
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

5). ÇİLİNGƏR

Vəzifə: Çilingər

Sahə: Təmir sexi

Vəzifə borcu:

• Xüsusi mürəkkəb və iri qabaritli avadanlığın və mürəkkəb aqreqatlara malik bütün emal növləri üçün avtomat xətlərinin əsaslı və orta təmiri.
• Mürəkkəb detalların, mexanizmlərin, hissələrin bərpası və dəyişdirilməsi.
• Avadanlığın istismarı və təmir prosesində yoxlanması zamanı qüsurların aşkar edilməsi və aradan qaldırılması.
• Dəqiqlik və səmərəliliyin yoxlanması, təmir edilmiş avadanlığın sınaqdan keçirilməsi və təhvil verilməsi.

Bilməlidir:
• Təmir edilən avadanlığın konstruktiv xüsusiyyətlərini, mexanizmini və kinematik sxemlərini, təmir, quraşdırma və montaj metodlarını, təmir edilmiş avadanlığın dəqiqliyi və təcrübədən keçməsinin yoxlanmasını.
• Detal və hissələrin bərpa üsullarını, avadanlığın işləyən hissələri, detalları üçün yol verilən yükləri, sınma və qəzaların qarşısının alınmsı üzrə profilaktik tədbirləri, xüsusi mürəkkəb, iri qabaritli, unikal və ən dəqiq avadanlığın təmiri, təcrübədən keçməsi və təhvil verilməsinin texniki şərtlərini.

Kvalifikasiya tələbləri:
• Orta təhsil;
• 3 aydan az olmayaraq tədris kursu;
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

6). APARAT AVADANLIĞININ TƏMİRİ üzrə ÇİLİNGƏR

Vəzifə: Aparat avadanlığının təmiri üzrə çilingər

Sahə: təmir sexi

Vəzifə borcu:

• Mürəkkəb avadanlığın (bişirmə sobası, qranulyatorlar, quruducu barabanlar, sulfuratorlar, qarışdırcılar, kontakt aparatlar, kürəvi və val dəyirmanları, vibrodəyirmanlar, avtomatik təsirli xəlbirlər, dozatorlar və s.) təmiri, quraşdırılması və montacı.
• 2-3 dəqiqlik sinfi üzrə detalların çilingər emalı.
• Avadanlığın təmirdən sonra sınaqdan keçirilməsi, tənzimlənməsi və təhvil verilməsi.
• Təmir edilən avadanlığın quraşdırılması və montacı üçün mürəkkəb mexanizmlərin hazırlanması.
• Təmir üçün defekt cədvəllərin tərtib edilməsi.

Bilməlidir:
• Mürəkkəb kimyəvi avadanlığın quraşdırılması, təyinatı, iş prinsipini;
• Təmir edilən avadanlığın sınaqdan keçməsi, tənzimlənməsi və qəbulu üçün texniki şərtləri;
• Plan-ehiyat təmirinin əsaslarını;
• İcazə vermə və enmə sistemini, dəqiqlik və emal təmizliyi siniflərini;
• Turşuya davamlı və digər ərinti və üstəritmələrin xassələrini.

Kvalifikasiya tələbləri:
• Orta təhsil;
3 aydan az olmayaraq tədris kursu;
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

7). TEXNİKİ TƏHLÜKƏSİZLİK üzrə MÜHƏNDİS

Vəzifə: Texniki təhlükəsizlik üzrə mühəndis

Vəzifə borcu:

• Müəssisədə əməyin mühafizəsi, texniki təhlükəsizlk, istehsalat sanitariyası, yanğından mühafizə və ətraf mühitin mühafizəsi üzrə təliamatlara, qayda və normalara riayət edilməsinə nəzaəti həyata keçirir.
• İş yerlərində əmək şəraitini öyrənir, qoruyucu texnikanın daha mükəmməl konstruksiyalarının, qoruyucu qurğuların və digər mühafizə vasitələrinin tətbiqində iştirak edir.
• Avadanlığın texniki vəziyyətinin yoxlanmasında, onun işlərin təhlükəsiz aparılması tələblərinə uyğunluğunun müəyyən edilməsində iştirak edir.
• Aspirasiya və ventilyasiya sistemlərinin işinə, qoruyucu mexanizmlər və qoruyucu qurğuların vəziyyətinə nəzarəti həyata keçirir.
• Sıxılmış qaz üçün buxar qazanları, ballonlar, nəzarət aparatlarının sınaqları, yoxlamalarının vaxtlı-vaxtında olmasına, düzgün istifadəsinə, istehsal prosesində təhlükəsizlik normaları və texnikasının yerinə yetirilməsinə nəzarət edir.
• Texniki təhlükəsizik üzrə təlimatları, işçilərə işin təhlükəsiz metodlarının öyrədilməsi proqramını, işçilərin texniki təhlükəsizlik, istesalat sanitariyası və yanğından mühafizə qaydalarını öyrənməsini işləyib hazırlayır.

Bilməlidir:
• Əməyin mühafizəsi, texniki təhlükəsizlik, istesalat sanitariyası, yanğından mühafizə üzrə normativ və digər rəhbər materialları, əməyin təhlükəsizliyi standartlar sistemini.
• Yerinə yetirilmiş tədbirlər barədə hesabatın tərtib edilməsi qaydası və müddətlərini.

Kvalifikasiya tələbləri:
• Ali və ya orta ixtisas təhsili;
• 3 ildən az olmayaraq iş stajı
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam

8). TORNAÇI
Vəzifə: Tornaçı

Sahə: təmir sexi

Vəzifə borcu:

• Universal tornaçı dəzgahlarında xüsusi mürəkkəb detallar və alətin böyük miqdarda keçid və quraşdırmalarla, emal və ölçülər üçün çətin keçilən, quraşdırma zamanı kombinə edilmiş bərkidilmə və müxtəlif müstəvilərdə yüksək dəqiqlikdə yoxlama tələb edən yerlərlə, dəqiqliyin 1-2 sinfi üzrə tornaçı emalı və tamamlaması.
• Bir neçə birləşdirilmiş səthlə müxtəlif konfiqurasiyalı xüsusi mürrəkəb alətin 1-ci dəqiqlik sinfi üzrə tamalanması və cilalanması.
• İstənilən modul və addımlı xüsusi mürəkkəb profilli çox arxalı cavabdeh yivlərin açılması.
• Sonsuz vint profilinin 6-7 dəqiqlik dərəcələri üzrə son yivi.
• Xüsusi mürəkkəb profilləri kalibrləməklə yeni yayma vallarının tokar işi və istehsal edilmiş yayma vallarının yenidən itilənməsi.

Bilməlidir:
• Konstruksiyanı və müxtəlif konstruksiyalı tokar dəzgahlarının dəqiqliyinin yoxlanması qaydalarını;
• Xüsusi mürəkkəb detalların quraşdırılması və bərkidilməsi üsulları və emalın texnoloci ardıcıllığının müəyyən edilməsi metodları;
• Normal və xüsusi kəsici alətin bütün növlərinin itilənməsi və tamamlanmasını, emalın müəyyən edilmiş dəqiqlik və təmizliyinin əldə edilmsi üsullarını, xüsusi mürəkkəb profillərin kalibrlənməsinin əsas prinsiplərini, kəsmənin ən sərfəli recimlərinin müəyyən edilməsi qaydalarını, xüsusi mürəkkəb tokar işlərinin yerinə yetirilməsi ilə bağlı hesablamaları.

Kvalifikasiya tələbləri:
• Orta texniki təhsili;
• Şəkilli CV

Bu vəzifəyə iddialıyam
<< Əvvəlki Səhifə
 

Bütün hüquqlar qorunur
Copyright © 2011 mpro.az